Avqustun 21-i Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində baş verən yanğında xəsarət alan şəxs vəfat edib.
Bu barədə Editor.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Avqustun 21-i saat 19:30-da bir nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ yanıq xəsarətləri alan 1979-cu il təvəllüdlü şəxsə ilkin tibbi xidmətlər göstərildikdən sonra daha ixtisaslı tibbi xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Vəziyyəti ağır qiymətləndirilən şəxsə bədənin 85%-nin II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub.
Aparılan bütün tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 27.08.25-ci il tarixində saat 15:00-da ölüm faktı qeydə alınıb”, – məlumatda qeyd olunub.