AZ

“Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? ŞOK MƏBLƏĞ

ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə görə Macarıstan çempionu “Ferensvaroş”u mübarizədən kənarlaşdıraraq (ümumi hesab 5:4) əsas raunda vəsiqə qazanan “Qarabağ” büdcəsini xeyli zənginləşdirib.

“Yeni Sabah”ın məlumatına görə, Ağdam klubu tarixində ikinci dəfə əsas mərhələyə yüksəlməklə UEFA-nın hər bir komandaya çatan 18,62 milyon avroluq (təqribən 36,85 milyon manat) mükafatını qazanıb. Bu, Azərbaycan futbolu tarixində qazanılan ən yüksək mükafatdır.

Bu məbləğ bir az daha arta bilər. Turnirin mükafat qaydalarına əsasən iştiraçıların reytinqinə əsasən əlavə bonus da ödənir. pizza mizza

Qeyd edək ki, Liqa mərhələsindəki qazanılacaq hər qələbənin dəyəri 2,1 milyon avro (4,155 milyon manat), heç-heçənin mükafatı isə 750 min avro (1,484 min manat) təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
10
yenisabah.az

10Mənbələr