Respublika Statistika Komitəsinin məlumatına görə, Özbəkistan əhalisinin sayı 38 milyon nəfərə çatıb. Oxuməni.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Onun məlumatına görə, Daşkənd vaxtı ilə saat 09:35-ə (Bakı vaxtı ilə 08:35) respublika vətəndaşlarının sayı 38 milyon nəfəri ötüb. Qeyd olunur ki, ölkədə kişilər daha çox - 19 136 800 nəfər, qadınların sayı isə 18 863 200 nəfərdir.
2030-cu ildə ölkə əhalisinin 41 milyon nəfəri, 2040-cı ildə 46 milyonu, 2050-ci ildə isə 50 milyonu keçəcəyi gözlənilir.
Qeyd edək ki, 1991-ci ildə Özbəkistanda 20,6 milyon insan yaşayırdı.
Almaz Həsənli