AZ

Onu satsa da, yeni oyunçu almayacaq

“Barselona” rəhbərliyi yarımmüdafiəçi Fermin Lopesin klubdan ayrılacağı halda belə, yeni transfer reallaşdırmağı düşünmür.

22 yaşlı futbolçuya “Çelsi” maraq göstərir və London təmsilçisi yaxın vaxtlarda onun cavabını gözləyir.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, kataloniyalıların rəhbərliyi baş məşqçi Hans-Diter Flikin sərəncamında kifayət qədər yarımmüdafiəçi olduğunu hesab edir və Lopesin yerini doldurmağa ehtiyac görmür.

“Barselona”nın Fermini saxlamaq üçün ciddi müqavimət göstərməyəcəyi, cəlbedici təklif gəldiyi halda onun satışına razı olacağı vurğulanır.

İspaniyalı futbolçunun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Seçilən
9
sportinfo.az

1Mənbələr