AZ

İsrailin siyasi və hərbi rəhbərliyi Qəzza məsələsində toqquşdu

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Qəzzanın işğalı ilə bağlı İsrailin siyasi və hərbi qüvvələri arasında gərginlik yaranıb.

Turkustan.az xəbər verir ki, regional mənbələr bildiriblər ki, İsrailin baş naziri Benyamin Netanyahu və Baş Qərargah rəisi Eyal Zamir çərşənbə axşamı təhlükəsizlik kabinetinin iclasından əvvəl bağlı qapılar arxasında qızğın mübahisə ediblər.Netanyahunun birbaşa Zamiri hədəf aldığı, “Mənim haqqımda məlumat verməyi və mənfi xəbərlər yaymağı dayandırın” dediyi bildirilir. Lakin Zamirin geri çəkilmək istəmədiyi və mövqeyini qoruduğu bildirilir.Ordu sözçüsü, "Qapalı iclaslarda deyilənləri şərh etməyəcəyik" dedi, Baş nazirlik də xəbəri "yalan" olaraq qiymətləndirdi. Lakin ordu sözçüsü bu xəbəri təkzib etməyi üstün tutub.Məlumata görə, Netanyahu ilə Zamir arasındakı fikir ayrılığı xüsusilə Təhlükəsizlik Kabinetinin Qəzzanı işğal etmək qərarlarından sonra özünü büruzə verib. Netanyahu iddia etdi ki, yalnız bütün məhbusları azad edəcək və müharibəni bitirəcək “hərtərəfli saziş” təsdiq edilməlidir. Bunun əksinə olaraq, Zamirin “qismən razılaşma” deməsi Netanyahu tərəfindən “İsrail ictimai rəyinə və HƏMAS-a qarşı bölünmüş mövqe” kimi şərh edilib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr