AZ

Qəza törədən həkim zərərçəkmişə 40 min təklif edir - Məhkəmə

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümünə səbəb olmaqda ittiham olunan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun məhkəməsinə dair maraqlı fakt üzə çıxıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxsin vəkili Musa Abdinov barışıq üçün zərərçəkmiş tərəfə təklif irəli sürüb. Lakin mərhum alimin hüquqi varisi məhkəmədə iştirak etmədiyindən təklifə münasibət bildirilməyib. Məsələnin müzakirəsi növbəti prosesə saxlanılıb.

Azər Maqsudov barışıq üçün 35 min manat nağd ödəməyə, əlavə olaraq 5 ay ərzində hər dəfə 1000 manat verməyə hazırdır. Bu, ümumilikdə 40 min manat təşkil edir. pizza sifarişi

Mərhumun hüquqi varisi isə daha əvvəl Azər Maqsudova qarşı 400 min manatlıq mülki iddia qaldırmışdı. Onların 40 min manatla razılaşıb-razılaşmayacağı hələ məlum deyil.

Xatırladaq ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonu ərazisində qeydə alınıb. Azər Maqsudov evə qayıdarkən törətdiyi yol qəzası nəticəsində Arif Acaloğlu dünyasını dəyişib. KTM-in şöbə müdiri həbsdə deyil, barəsində istintaq dövrü üçün başqa qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Seçilən
27
13
yenisabah.az

10Mənbələr