ain.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, suriyalı mənbələrin məlumatına görə, onlarla İsrail əsgəri axtarış texnikası ilə bura gəlib, və ərazidə iki saatdan çox qalıb. Lakin Suriya əsgərlərinin müqaviməti və toqquşma olmadan israilli əsgərlər sonra ərazini tərk ediblər. “Reydin məqsədləri və nəticələri hələlik məlum deyil. Suriya hərbçiləri daha əvvəl bölgədə mənşəyi məlum olmayan dinləmə cihazları və müşahidə kameraları aşkarlayıblar”, - “Suriya TV” telekanalı bildirib. Qısa müddətdən sonra İsrail Əl-Kisvaya hava zərbəsi endirib, nəticədə ölən və yaralananlar var. “Sham TV” telekanalı isə, öz növbəsində, İsrail Hərbi Hava qüvvələrinə məxsus döyüş təyyarələrinin Əl-Kisva bölgəsində Suriya hərbçilərinin qərargahına hücum etdiyi barədə məlumat yayıb. Xəbərdə İsrail aviasiyasının Suriyanın yerdəki hədəflərinə azı 6 raket zərbəsi endirdiyi bildirilir. Dəməşqin yaxınlığındakı Cəbəl əl-Mania dağındakı hərbi obyektə də zərbə endirilib, hava hücumunun nəticələri barədə hələlik dəqiq məlumat yoxdur. Avqustun 26-da isə İsrailə məxsus PUA-nın Dəməşqin yaxınlığındakı Harcal qəsəbəsində yerləşən Suriya qüvvələrinin düşərgəsinə hücumu nəticəsində 6 əsgər həlak olub.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.