AZ

Braziliyalı sərmayədarlar Azərbaycanla fəal əməkdaşlığa dəvət olundu

BAKI, 28 avqust. TELEQRAF

İqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyevin Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşündə iki ölkə arsında ticarət və investisiya münasibətlərinin mövcud potensiala uyğun gücləndirilməsinin önəmi qeyd olunub.

İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, görüşdə qarşılıqlı səfərlər, imzalanan sənədlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Həmçinin ilk iclası bu ilin 1 sentyabrında Braziliyada keçiriləcək Azərbaycan-Braziliya Birgə İşçi Qrupu işbirliyi üçün önəmli mexanizmdir.

Bununla yanaşı, ölkələr arasında tərəfdaşlıqda kənd təsərrüfatı, nəqliyyat, təhsil və texnologiya, turizm sahələri əsas prioritetlər kimi diqqətə çatdırılıb.

Azərbaycanda yaradılmış əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verilib, braziliyalı sərmayədarlar fəal əməkdaşlığa dəvət olunub.

Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi barədə müzakirə aparıblar.

Seçilən
16
teleqraf.com

1Mənbələr