Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəhd edən şəxsin saxlanılması ilə bağlı görüntülər yayıb.
KONKRET.az news24-ə istinadən xəbər verir ki, saxlanılan şəxs Ryazan vilayətində yaşayan Azərbaycanlıdır.
FSB-nin iddiasına əsasən, qadın gizli məlumatları toplamaq və ötürməkdə şübhəli bilinir. Hazırda onun barəsində cinayət işi açılıb və istintaq hərəkətləri davam etdirilir.
Qadın Ukrayna hərbi kəşfiyyatı üçün Rusiyanın təhlükəsizliyinə xələl gətirə biləcək məlumat əldə etməyə cəhd etdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edilib.
O, Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə yaradıb və onun fəaliyyəti təhlükəsizlik qüvvələri tərəfindən dayandırılıb.