AZ

Argentina prezidentinin korteji daşa basıldı

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Argentina prezidenti Xavyer Mineyin korteji Buones-Ayresin Lomas-de-Samora rayonunda hərəkətdə olarkən daşa basılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə parlament seçkilərinə hazırlıq kampaniyası çərçivəsində baş verib.

Bacısı Kamila ilə üstüaçıq limuzində hərəkətdə olarkən onun siyasətinə qarşı olan müxalif kütlə prezidentə doğru daş və şüşə butulka atıb. Daşlardan birinin prezidentin bir neçə santimetrliyindən keçdiyi bildirilir. Bundan sonra mühafizə xidməti Mileyi ərazidən dərhal uzaqlaşdırıb.

Qeyd edək ki, baş verənlərdən sonra prezidentin tərəfdarları ilə müxalifətçilər arasında toqquşma da yaşanıb.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
525.az

1Mənbələr