ain.az, Reyting.az saytına istinadən bildirir.
Vətəndaşlar “MyGov” portalına daxil olduqda "Sorğulanmış məlumatlarım" bölməsini seçərkən bankların onlardan xəbərsiz fərdi məlumatlarına baxdıqlarını görürlər. Bu hal uzun müddətdir, müzakirə olunsa da, son vaxtlar daha da artıb. Xüsusilə, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”ndan şikayətlər çoxdur. Bəs görəsən, bu banklar gecə-gündüz bilmədən, dövlət sistemində olan şəxsi məlumatları necə və hansı məqsədlə toplayırlar?Reyting.az xəbər verir ki, bu barədə Pravda.az-ın suallarını cavablayan hüquqşünas Əkrəm Həsənov deyib ki, vətəndaşın şəxsi məlumatlarına ondan xəbərsiz baxılması kobud qanun pozuntusudur.“Bu, bank sirrini təşkil edən məlumatdır. Kredit bürosundakı məlumata banklar və digər şəxslər yalnız vətəndaşın yazılı razılığı əsasında baxa bilərlər. Buna görə də vətəndaşlar bankı məhkəməyə verə, dəymiş mənəvi zərərin əvəzini tələb edə bilərlər. Eyni zamanda Mərkəzi Banka da müraciət etmək olar ki, sözügedən bankı cərimələsin”, - o bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.