Idmanxeber.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni 2:3 hesablı məğlubiyyətlə başa vursa da, mərhələ adlamağı bacardı. Ağdam təmsilçisi ilk dəfə turnirin Liqa mərhələsinə yüksəldi.
Qazanılan uğur Azərbaycan futboluna da ciddi üstünlük gətirdi. Belə ki, “Qarabağ” ölkə reytinqinə 6 xal (1,5 əmsal) qazandırdı. Bununla da Azərbaycanın UEFA əmsalı 19,5-dən 21-ə yüksəldi və millimiz Sloveniya ilə Ukraynanı geridə qoyaraq 26-cı pilləyə qalxdı.
Klubun şəxsi reytinqində də irəliləyiş qeydə alındı. “Qarabağ” balansına 3 xal əlavə edərək 32-dən 35-ə yüksəldi və UEFA Klub reytinqində 4 pillə irəliləyərək 60-cı sırada qərarlaşıb.
Maliyyə baxımından da ciddi qazanc əldə olunub. Ağdam təmsilçisi Liqa mərhələsinə yüksəldiyinə görə 18 milyon 620 min avro qazanıb. Bundan əlavə, son 10 ildəki əmsalına görə 36 klub arasında sıralanmadan asılı olaraq hər pilləyə görə 320 min avro bonus əldə edəcək.
İdmanxeber.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.