AZ

Ballıqaya qətliamı Xocalı soyqırımından sonra ən ağır faciələrdən biri kimi

Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Birinci Qarabağ müharibəsi dövründə erməni hərbi cinayətləri yalnız ərazilərimizin işğalı ilə məhdudlaşmırdı. İnsanlıq hissini itirmiş düşmən mülki, silahsız əhalini hədəfə alırdı. Bu, ermənilərin ilk belə hərəkəti deyildi — tarix boyu bu kimi cinayətlər dəfələrlə törədilmişdir. 1990-cı illərdə genişlənən separatizm nəticəsində Qaradağlı, Meşəli, Malıbəyli, Ağdaban, Xocalı, Başlıbel və digər faciələrdə yüzlərlə dinc sakin şəhid oldu. Bu qanlı hadisələrdən biri də Ballıqaya qətliamıdır.Ballıqaya qətliamı, Xocalı soyqırımını törətdiyini gizlətməyə çalışan Ermənistan silahlı qüvvələrinin daha bir vəhşiliyini, daha bir terrorunu dünyaya sübut etdi. Qarabağla Ermənistan arasında dəhliz rolunu oynayan strateji əhəmiyyətli Laçın rayonu 1992-ci il 18 may tarixində işğal edildi. Laçının işğalından sonra rayondan olan bir neçə ailə Goranboy rayonunun Murovdağ ətəklərində — Sarıqaya adlı ərazidə doğma yurda qayıtmaq ümidi ilə müvəqqəti məskunlaşdılar.Lakin 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni silahlıları Laçından məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində yerləşmiş 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirdilər, 9 nəfəri isə yaraladılar. Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də var idi. 3 uşaq hər iki valideynini itirdi.Xocalı soyqırımından sonra ən ağır faciələrdən biri sayılan Ballıqaya qətliamı zamanı Hürzaman Hümbətova və onun 6 övladı bir qəbirdə dəfn edildi. Hadisə zamanı öldürülənlərin ən kiçiyi 6 aylıq körpə, ən yaşlısı isə 93 yaşlı qadın idi. Uşaqların, qadınların və yaşlı insanların qətlə yetirilməsi beynəlxalq hüququn Ermənistan tərəfindən növbəti dəfə kobud şəkildə pozulması idi.Heç bir cinayət gizli, heç bir qatil isə cəzasız qalmır. Hər millət bir gün “Ədalət Məhkəməsi” qarşısında cavab verir. Xalqımıza qarşı yüz illər boyu onlarla cinayət törədən, günahsız insanları qətlə yetirən Ermənistan silahlı qüvvələri bu məhkəməyə 2020-ci ildə çıxdılar. Onları qarşılayan bu dəfə Qafqazın ən güclü ordusu və ən mübariz xalqı idi.44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu. Həm Vətən müharibəsi, həm də Antiterror əməliyyatı xalqımızın birliyini və Ali Baş Komandanımızın sarsılmaz iradəsini bütün dünyaya sübut etdi. Biz cəbhədə zəfər çaldıq! 30 il əvvəl başımıza gətirilən müsibətlərin cavabını səngərdə verdik. Ballıqaya, Xocalı və digər faciə qurbanlarının qanı yerdə qalmadı.Bu gün azad Laçının mövcudluğu faciədə doğmalarını itirən insanlar üçün ən böyük təsəllidir.Bizə bu günləri yaşadan bütün şəhidlərimizi hörmətlə anır, qazilərimizə şəfa diləyirik.Bizimlə birgə oldugunuza , faciə qurbanlarını yad etdiyinizə görə hər birinizə ayrı-ayrılıada təşəkkür edirəm . Allah dünyadan köçənlərinizə rəhmət eləsin Mehdili Ramil Sahib oğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
3
newscenter.az

4Mənbələr