Ermənistanın Baş naziri Nikol Paşinyanın sentyabrın sonunda Rusiyaya səfər edəcəyi gözlənilir.
Bakıvaxtı.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, o, bunu brifinq zamanı bildirib.
"Məni Moskvada gözlədiklərinə şadam, həmişə Rusiyaya səfərləri gözləyirəm, növbəti səfər sentyabr ayına planlaşdırılıb", - o qeyd edib.
Onun sözlərinə görə, Moskvaya səfərindən əvvəl Pekində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə təmaslar planlaşdırıb.