Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Öz radar və hava hücumundan müdafiə sistemlərini inkişaf etdirmədən heç bir ölkə bugünkü təhlükəsizlik çağırışları qarşısında öz gələcəyinə arxayın ola bilməz. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Aselsan” müdafiə şirkətinin obyektlərinin təməlqoyma mərasimində çıxışı zamanı deyib. Məlumatı “Anadolu” verib.
Dövlət başçısı qeyd edib ki, “bu məsələ bizim regionda xüsusilə aktualdır”.
Prezident bəyan edib ki, yerli istehsal olan qabaqcıl “Polad Günbəz” sistemi sayəsində Türkiyənin hava hücumundan müdafiəsi yeni səviyyəyə çatacaq. “Aselsan” “Polad Günbəz” layihəsinin həyata keçirilməsində əsas rol oynayır.
Onun sözlərinə görə, şirkət həm də ani əlaqəni və bütün sistemlərə inteqrasiya olunmuş nəzarəti təmin edəcək süni intellektə əsaslanan idarəetmə proqram təminatı hazırlayıb. Türkiyə ordusu ümumilikdə 47 maşından ibarət “Gök Kubbe” hava hücumundan müdafiə sistemlərini alacaq. “Hisar” orta mənzilli sistemi isə ölkənin çəkindirmə potensialını daha da gücləndirəcək.
Prezident Ərdoğan Türkiyənin müdafiə sənayesinin inkişaf etdirdiyi sistemləri dost və müttəfiq ölkələrə təqdim etdiyini və onların köməyi ilə diplomatiyanın effektivliyini artırdığını vurğulayıb.
P.ƏMİRCANOVXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.