ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Son dövrlər mobil istifadəçilər arasında ən çox rast gəlinən şikayətlərdən biri səhvən müxtəlif nömrələrə balans yüklənməsidir. İnsanlar bu zaman ödəniş etdikləri vəsaitin geri qaytarılmasının mümkün olub-olmaması ilə maraqlanırlar.Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən informasiya təhlükəsizliyi eksperti Elvin Abbasov bildirib ki, ödəniş anından etibarən real pul artıq mobil operatorun sistemində kontura çevrilir və xidmət valyutası kimi qəbul olunur:“Yüklənən vəsait şəbəkə resurslarının istifadəsinə yönəldiyi üçün onun nağd şəkildə geri qaytarılması hüquqi və texniki baxımdan mümkün deyil. Əks halda fırıldaqçılıq və sui-istifadə halları kəskin arta bilər”, - deyə müsahib bildirib.Ekspertin sözlərinə görə, operatorlar yalnız məhdud hallarda, yanlış nömrəyə balans yüklənib və həmin kontur istifadə olunmayıbsa, dəstək xidməti vasitəsilə məsələyə müdaxilə edə bilirlər. Ümumilikdə isə mövcud qaydalara əsasən kontur ödənişdən sonra pul şəklində geri qaytarılmır.Aygün Hüseyn, Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.