AZ

Peşə təhsili alanların NƏZƏRİNƏ – Universitetə imtahansız qəbul bu halda MÜMKÜNDÜR

“Yalnız yüksək texniki peşə təhsili istiqaməti üzrə təhsil alan şəxslər ali təhsil müəssisəninə qəbul olunmaq şansı əldə edirlər”.

Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”ın sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

“Ümumi orta təhsil bazasından müraciət edən tələbələr üçün 3 illik və 4 illik tədris qruplarına müraciət zamanı yaş məhdudiyyəti tətbiq edilir. Belə ki, bu qruplara yalnız son 3 il ərzində ümumi orta təhsilini başa vuran şəxslər müraciət edə bilərlər”, - agentlikdən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə illər əvvəl orta məktəbi bitirən şəxslərin peşə təhsili alaraq universitetə tam imtahansız qəbul edilə bilmələri ilə bağlı səhifələr yaradılıb.

Bizim.Media

Seçilən
22
12
bizim.media

10Mənbələr