2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda sığorta bazarı üzrə yığımlar 937 milyon 658 min manata yüksəlib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz çoxdur.
Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlərə əsasən, bu ilin 7 ayında sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 529 milyon 307 min manat təşkil edib. Bu da son bir ildə ödənişlərin həcmində 20,7 faiz artım olduğunu göstərir.