AZ

Naxçıvan hava limanında 10 min manatlıq OĞURLUQ

Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda hava limanında oğurluq edən şəxslər saxlanılıblar.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər - 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar. Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 000 manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
42
29
hafta.az

10Mənbələr