AZ

UNEC də bakalavriat səviyyəsi üzrə sənəd qəbulu onlayn aparılacaq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunan abituriyentlər avqustun 28-dən sentyabrın 8-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bunun üçün abituriyent https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidir. Portal üzərində qeydiyyat prosesi və Təhsil Tələbə Kredit Fonduna müraciət forması ilə bu linkdən tanış olmaq mümkündür.

Bundan əlavə, abituriyentlər UNEC-in rəsmi saytına daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçərək (kabinet.unec.edu.az) sənədlərini elektron formada sistemə yükləməlidirlər. Bu link vasitəsilə qeydiyyat prosesi ilə tanış olmaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
azertag.az

1Mənbələr