AZ

“Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları var” Paşinyan

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycan və Ermənistan arasında sülhün qurulması barədə bəyanatlar tərəflər arasında fikir ayrılıqlarının olmaması demək deyil.

"Report"un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

"Sülhün bərqərar olduğunu deməyimiz o demək deyil ki, tərəflərin bir-birinə sualları qalmayıb. Heç vaxt münaqişə yaşamadığımız və dostluq əlaqələri qurduğumuz dövlətlərlə münasibətlərimizdə bir-birimizə suallarımız yaranır", - o bildirib.

Baş nazir əlavə edib ki, dövlətlərarası münasibətlərin qurulması və inkişafı prosesi "dinamikdir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
5
azpolitika.info

6Mənbələr