ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
“Beynəlxalq Əlillər Cəmiyyəti” ictimai birliyinin (BƏCİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihəsi zamanı ictimai birliyə müraciət edən Müxtarov Mətləb Əbdüləhəd oğlu Şuşa şəhərindən məcburi köçkündür, ailəsi ilə birgə Bakı şəhərində müvəqqəti məskunlaşıb.
QHT.az xəbər verir ki, o, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı ordumuzun doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsini indiyədək görünməmiş bir rəşadət, qalibiyyət kimi qiymətləndirir və doğma Şuşa şəhərində çalışıb Vətənimizə, xalqımıza xeyirli, yararlı olmaq üçün münasib bir işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edir.
İctimai birlik tərəfindən onun problemləri ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub.
Bununla da Agentliyin yardımı ilə həyata keçirilən "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihəsi başa çatsa da “Beynəlxalq Əlillər Cəmiyyəti” ictimai birliyinin imtiyazlı şəxslərin sosial problemlərinin həllinə göstərdiyi köməklik davam edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.