AZ

İdarəetməni itirən robot panik atak keçirdi - VİDEO

Çində proqram xətası yaşayan robot qəfil idarəetməni itirərək panik atak keçirib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yayılan videoda robotun idarəetmədən çıxaraq yerə yuvarlandığı görünür.

İşçilərin cihazın zədələnməsinin və ya ətrafdakılara zərər verməsinin qarşısını almaq üçün çox səy göstərdiyi görüntülərdə öz əksini tapıb.

Hadisədən sonra sosial şəbəkələrdə müzakirələr başlayıb. Bəziləri bu görüntüləri süni intellektin videosu adlandırsa da, bir qisim  sadəcə proqram təminatının adi bir nasazlığı olduğunu iddia edib.
 

Seçilən
5
4
olke.az

5Mənbələr