AZ

Rusiyada azərbaycanlı qadına hökm oxundu

Ukrayna hərbi kəşfiyyatı üçün Rusiyanın təhlükəsizliyinə xələl gətirəcək məlumat əldə etməyə çalışan Ryazan sakini 5 il müddətinə azadlıqdan məhrum edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Ryazan vilayət məhkəməsi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa görə Azərbaycan əsilli, 1970-ci il təvəllüdlü Rusiya vətəndaşını təqsirli bilib və 5 il müddətinə azadlıqdan məhrum edib”, - məlumada deyilib.

Onun Vatsap və Siqnal messencerləri vasitəsilə Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə yaratmağa başladığı və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplamağa çalışdığı qeyd edilib.

“Onlarla əlaqə saxlamaqla səhv etmişəm. Axmaqlığım etdiyim məlumatları Ukrayna hərbi xidmətlərinə göndərdim. Təbii ki, mən axmaqlıq etmişəm, indi buna görə cavab verəcəyəm”, - qadın məhkəmədə çıxışında deyib.

Seçilən
25
2
axar.az

4Mənbələr