AZ

Ünvanlı sosial yardım HANSI HALLARDA kəsilir?

Son günlər tez-tez səslənən suallardan biri budur: ailə üzvü ödənişli təhsil aldıqda ünvanlı sosial yardım dayandırıla bilərmi?
 
Bu isə başqa bir sual da doğurur: Ümumiyyətlə, ünvanlı sosial yardım verildiyi təqdirdə hansı situasiya baş versə, sosial yardım kəsilir?
 
Moderator.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu mövzu ilə bağlı Oxu.az-ın sorğusunu cavablayıb.
 
Məlumatda qeyd olunub ki, ailə üzvünün ödənişli təhsil almasına görə ünvanlı dövlət sosial yardımının verilməsi dayandırılmır.
 
Ünvanlı sosial yardımın kəsilməsinə səbəb olacaq amillər isə belə sadalanıb:
 
"Ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) bağışlandıqda;
 
- Ailəyə nəqliyyat vasitəsi bağışlandıqda;
 
- Təmsilçi vəfat etdikdə;
 
- Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə;
 
- Sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək digər hallardan biri baş verdikdə;
 
- Sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda".
Seçilən
112
7
moderator.az

8Mənbələr