İctimai nəqliyyatda - avtobusda gedişhaqqının məbləğinin artacağı ilə bağlı iddialar yayılıb. Bir sıra xəbər portallarında və sosial şəbəkələrdə qeyd edilir ki, ictimai nəqliyyatda gedişhaqqı təxminən 1 manat olacaq.
Buna təsir edən faktorlar kimi nəqliyyat xərclərinin ildən-ilə artması, texniki xidmət və ehtiyat hissələrinin bahalaşması göstərilir.
XəzərNews.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov Modern.az-a açıqlamasında ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı yayılan fikirlərin ajiotaj olduğunu bildirib:
“Düşünürəm ki, avtobusda gedişhaqqının artacağı ilə bağlı yayılan iddialar ajiotajdır. Hazırda bununla bağlı nə hökumət, nə də aidiyyəti qurum tərəfindən açıqlama var. Tarif Şurası da toplaşmayıb. Bu, sadəcə olaraq, insanlararasında yayılan söz-söhbətdir. Artım sonuncu dəfə metro və avtobuslarda eyni vaxtda olub. Həmin artımın üzərindən uzun vaxt keçməyib. Hələ ki bu məsələyə baxılacağını güman etmirəm. Bununla belə, Tarif Şurasının hansı addımı atacağını mən də deyə bilmərəm. Lakin şəxsən bu yaxınlarda hər hansı artımın olacağını gözləmirəm”.
Qeyd edək ki, hazırda ictimai nəqliyyatda minimal gedişhaqqı 50 qəpik təşkil edir.
Xəbər 3 dəfə oxunub.