AZ

“Qarabağ”ın ÇL matçlarından bu qədər QAZANIB

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinə yüksəldiyi üçün qazandığı məbləğ bəlli olub.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində oynayacağı üçün daha 18,62 milyon avro (təqribən 36,76 milyon manat) gəlir əldə edib.

"Qarabağ" ümumilikdə cari mövsüm ÇL-dən qazandığı məbləğ isə 23,77 milyon avrodur (təqribən 46,93 milyon manat).

Qeyd edək ki, "köhlən atlar" turnirin əsas mərhələsində əldə etdiyi nəticələrə görə əlavə gəlirlər qazanacaq. /Metbuat.az

Milli.Az

Seçilən
11
12
milli.az

10Mənbələr