AZ

Prezident: "Vaşinqton nəticələri tarixi əhəmiyyət kəsb edir"

Vaşinqtonda əldə olunan nəticələr tarixi əhəmiyyət kəsb edir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbulu zamanı deyib.

Dövlət başçısı bu prosesdə Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Vaşinqton bəyannaməsi, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesində atılan mühüm addımlardır.

"Cebheinfo.az" 

Seçilən
58
5
cebheinfo.az

10Mənbələr