Bakı.Trend:
Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyimüsahibə zamanı Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsiməsələsinə də toxundu.
Bu barədə Trend-ə politoloq Samir Hümbətovdeyib.
“Prezident İlham Əliyev Ermənistan cəmiyyətinə mesaj verdi ki,Paşinyan adminstrasiyasının aldığı qərarın axıra kimi həyatakeçirilməsi Ermənistanın faydasına olacaq haldır. Xüsusilə dəVaşinqtonda əldə olunan razılaşmalarla bağlı ölkə başçısının dahanikbin şəkildə danışması ondan xəbər verir ki, ölkələrimizarasındakı strateji əməkdaşlıq anlaşmasına və AzərbaycanlaErmənistan arasındakı sülh müqaviləsinə verə biləcəyi töhfələribilir”, - o əlavə edib.
“Burada əldə edilən imkanlar təkcə Azərbaycan üçün deyil, həm dəErmənistan üçündür. Düşünürəm ki, Ermənistanla sülh müqaviləsininimzalanması məsələsində Prezident İlham Əliyevin son müsahibəsiErmənistan tərəfinə bir mesaj oldu ki, bu məsələdə addım atan zamandiqqətli olsunlar. Xüsusilə bir ay sonra Ermənistanda parlamentseçkiləri keçiriləcək və həm də gündəmdə konstitusiya məsələsivar.
Ölkə başçısı ona da toxundu ki, Ermənistan cəmiyyəti buistiqamətdə addım atarkən düşünməlidir. Əgər Paşinyanadminstrasiyasının hakimiyyəti davam edəcəksə, bu, yaxın zamandaErmənistanın Azərbaycanla sülh müqaviləsinə imza atmasına şəraityarada biləcək. Bu da gələcəkdə regiona sülh gətirə bilər vəmünasibətlərin qurulmasına təkan verə bilər.
Mən düşünürəm ki, Prezident İlham Əliyevin söylədiyi fikirlərinarxa planında əsas məğzi bunlar təşkil edir. O baxımdan, düşünürəmki, ölkə başçısının son verdiyi müsahibə ilə bir sıra istiqamətdəverdiyi mesajlar Azərbaycanın gələcək strateji vizyonununistiqamətini müəyyənləşdirir”.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri XəyalBəşirov Trend-ə bildirib ki, Prezident İlham Əliyevmüsahibəsində sülh prosesində Azərbaycanın əsas və prinsipialmövqeyini bir daha diqqətə çatdırıb:
“Ermənistanla bağlı məsələlərdə Azərbaycan Prezidenti sülhprosesi ilə yanaşı, paralel şəkildə aparılan nəqliyyat və iqtisadikommunikasiyaların bərpası, xüsusilə də Zəngəzur Dəhlizininaçılması məsələsinə toxundu.
Ölkə başçısı həmin məsələyə münasibətində bildirdi ki, bu dəhliztəkcə Azərbaycan dövlətinin və xalqının mənafelərinə xidmətetməyəcək. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvanınbirləşdirilməsini, gediş-gəlişin təmin edilməsini nəzərdətutur.
Prezident İlham Əliyev Ermənistanın bu yoldan dividend almasıilə yanaşı, həm də onu vurğulayır ki, dəhliz bütün regiona əbədi vədayanıqlı sülh gətirəcək. Regionun təhlükəsizliyi bu dəhlizdənistifadə edən bütün ölkələrin də marağında olacaq. Bu gün CənubiQafqaz regionu Zəngəzur Dəhlizinin açılmasına heç olmadığı qədəryaxındır. Azərbaycan tərəfi Ermənistana və prosesdə iştirak etməkistəyən tərəflərə bir daha mesaj verdi ki, Azərbaycanın mövqeyindəheç bir dəyişiklik yoxdur”.