AZ

Vaşinqton görüşü: Cənubi Qafqazda yeni sülh dövrünün başlanğıcı

Bakı. Trend:

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ PrezidentiDonald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı iləVaşinqtonda baş tutan görüş regionda sülh və sabitliyin qurulmasıbaxımından mühüm əhəmiyyət daşıyır. Bu formatda keçirilən yüksəksəviyyəli görüş Cənubi Qafqazda uzun müddət davam etmiş münaqişənindiplomatik yolla həlli istiqamətində yeni mərhələnin başlandığınıgöstərir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılovabildirib.

S.Mikayılova qeyd edib ki, görüşün ABŞ Prezidenti Donald Trampıniştirakı ilə keçirilməsi Vaşinqtonun regiondakı sabitliyə verdiyiönəmi və münaqişənin nizama salınmasında aktiv rol almağa hazırolduğunu nümayiş etdirir.

"Bu, eyni zamanda, ABŞ-nin vasitəçilik missiyasının vəbeynəlxalq hüquqa əsaslanan sülh təşəbbüslərinin gücləndirilməsibaxımından da diqqətəlayiqdir. Prezident İlham Əliyevin bu görüşdəiştirak etməsi Azərbaycanın diplomatik təşəbbüslərə açıq, sülhəsadiq və regional əməkdaşlığın tərəfdarı olduğunu bir dahatəsdiqləyir. Ermənistan Baş naziri Nikol Paşinyanın da görüşdəiştirakı iki ölkə arasında birbaşa dialoqun davam etdirilməsi vəmümkün razılaşmalar üçün şəraitin yaranması baxımından vacibaddımdır.

S.Mikayılova əlavə edib ki, bu görüş həm də post-münaqişədövründə tərəflər arasında inam mühitinin yaradılması, kompromisəsaslı həll yollarının tapılması və gələcək sülh müqaviləsininkonturlarının müəyyənləşdirilməsi baxımından ciddi əhəmiyyət kəsbedir:

"Yekun olaraq, avqustun 8-də keçirilmiş üçtərəfli görüş təkcəAzərbaycan-Ermənistan münasibətləri deyil, ümumilikdə Cənubi Qafqazregionu üçün strateji bir dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.Görüş, eyni zamanda, beynəlxalq ictimaiyyətin regionda davamlı sülhvə əməkdaşlıq istiqamətində artan marağını və səylərini əksetdirir.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyimüsahibədə də Vaşinqtonda baş tutan görüş və digər mühüm məsələlərətoxunub ki, bunlar həm regional, həm də beynəlxalq miqyasdaəhəmiyyət daşıyır".

S.Mikayılova vurğulayıb ki, Vaşinqton görüşü qarşıdurmanın vəgərginliyin sonu kimi qiymətləndirilir:

"Bu, çox güman ki, Azərbaycan-Ermənistan münasibətlərində yenibir mərhələnin başlanğıcıdır və diplomatik müstəvidəirəliləyişlərin əldə olunduğunu göstərir. Prezident İlham Əliyevinbu cür qiymətləndirməsi Azərbaycanın diplomatik həll yolunudəstəklədiyini və post-münaqişə dövründə sülh quruculuğuistiqamətində addımlar atdığını nümayiş etdirir".

S.Mikayılova qeyd edib ki, müsahibədə Ermənistanla münaqişənin1990-cı illərin əvvəllərindən bəri davam etdiyini vurğulanır.

"Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, birmilyondan çox qaçqın və məcburi köçkünün yaranması ölkəninüzləşdiyi ciddi humanitar və milli təhlükəsizlik problemlərinədiqqət çəkir. Bu statistika Azərbaycanın beynəlxalq ictimaiyyətqarşısında münaqişənin ədalətli həlli ilə bağlı arqumentləriniəsaslandırır. 1994-cü ildən etibarən atəşkəs rejiminə baxmayaraq,danışıqlar prosesinin nəticəsiz qalması və Ermənistanınqeyri-konstruktiv mövqeyi Azərbaycanın səbrini tükətmişdi.Prezidentin sözlərindən aydın olur ki, 2020-ci ildə baş vermişİkinci Qarabağ müharibəsi Azərbaycan üçün artıq diplomatik yollarıntükəndiyi bir mərhələdə yeganə çıxış yolu kimi qəbul edilmişdi. Bumüharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü hərbi vəsiyasi vasitələrlə bərpa etdi.Prezident İlham Əliyev “beynəlxalqsəviyyədə tanınmış ərazilərimizi azad etdik” fikri ilə Azərbaycanınatdığı addımların beynəlxalq hüquqa əsaslandığını vurğulayır. Bu,Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün gördüyü tədbirlərinlegitimliyini və ədalətə əsaslandığını göstərir".

Deputat bildirib ki, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə”telekanalına verdiyi müsahibəsində toxunduğu məqamlar həm regionaltəhlükəsizlik, həm də beynəlxalq hüququn tətbiqi baxımındanəhəmiyyətlidir.

"Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranmış yenigeosiyasi reallıq və bu reallığın sülh istiqamətində necəformalaşdığına dair yanaşma diqqətçəkicidir. 2020-ci ildə baş tutan44 günlük Vətən müharibəsi, Azərbaycanın beynəlxalq hüquqaəsaslanaraq, öz ərazi bütövlüyünü hərbi-siyasi vasitələrlə bərpaetdiyi bir dönüş nöqtəsi oldu. Məhz bu nailiyyət Azərbaycanıregionda güc balansını dəyişdirən və sülh gündəliyini müəyyən edənəsas aktora çevirdi. Müharibədən sonra yaranan hüquqi və diplomatikboşluq şəraitində Azərbaycanın təşəbbüs göstərməsi və sülhdanışıqları üçün format təklif etməsi ölkənin məsuliyyətli vəkonstruktiv mövqeyini göstərdi. Azərbaycan sülh sazişininlayihəsini təqdim etməklə yanaşı, danışıqların əsas konturlarını daözü müəyyənləşdirdi. Prezident İlham Əliyevi qeyd etdiyi kimi,Vaşinqtonda paraflanmış sənəd Azərbaycanın baxışını əks etdirir vəbu, ölkənin diplomatik uğuru kimi dəyərləndirilə bilər.

Deputat qeyd edib ki, Vaşinqtonda Prezident Trampın iştirakı iləsənədin paraflanması, əslində, faktiki sülhün əldə olunduğunugöstərir.

"Lakin hələ formal sülh sazişi imzalanmayıb və bunun əsas səbəbiErmənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhəaltına alan müddəaların mövcudluğudur. Bu məsələ aradanqaldırıldıqdan sonra tam hüquqi sülh sazişinin də imzalanacağıgözlənilir. Müsahibənin ən önəmli mesajlarından biri də budur: 30ildən artıq davam edən münaqişə dövrü başa çatır və bu, CənubiQafqazda və ətraf regionlarda yeni əməkdaşlıq imkanları yaradır.Sülh yalnız iki dövlətin maraqları baxımından deyil, həm də MərkəziAsiya, Yaxın Şərq və Avropa arasında strateji kommunikasiyalarıninkişafı baxımından əhəmiyyətlidir.

Azərbaycan post-müharibə dövründə təkcə hərbi qalib deyil, həmdə sülhün və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir. Bu,Azərbaycanın beynəlxalq mövqeyini gücləndirməklə yanaşı, regiondauzunmüddətli sabitliyin əsasını qoyur. Ermənistandan isə gözlənilənyeganə addım konstitusion dəyişikliyi ilə ərazi iddialarına rəsmənson qoymaqdır. Bu, baş verdikdən sonra rəsmi sülh müqaviləsi dəreallaşacaq və tarixə düşən münaqişə dövrü rəsmi olaraq bağlanacaq.Hər hansı daxili siyasi dəyişiklik istər konstitusiya islahatı,istərsə də qarşıdakı parlament seçkiləri Ermənistanın bu sənəddənimtina etməsi üçün əsas ola bilməz. Mesaj aydındır. İmzalanmışsənədə sadiq qalmaq həm regionda sülhün, həm də Ermənistanın özgələcəyinin təminatıdır. Əks halda, Ermənistan tək qalacaq və bu,onun üçün ciddi siyasi və diplomatik nəticələr doğura bilər.Bununla yanaşı, Vaşinqtonda imzalanan sənədin şübhə altına alınmasıvə ya ərazi iddialarının yenidən gündəmə gətirilməsi halındaErmənistan ciddi nəticələrlə qarşılaşacaq. Çünki bu gün regiondasiyasi, hərbi və iqtisadi güc balansı Azərbaycanın xeyrinədir".

S.Mikayılova qeyd edib ki, Azərbaycan diplomatiyasınınuğurlarından biri də Minsk qrupunun rəsmi olaraq hüquqi süqutmərhələsinə qədəm qoymasıdır.

"Minsk qrupunun missiyasının artıq bitdiyi və onunsaxlanılmasının siyasi baxımdan mənasız olduğu vurğulanır. Qarabağmünaqişəsinin bitdiyi, Ermənistanın da bunu qəbul etdiyi birşəraitdə bu strukturun ləğvi tam məntiqli və zəruri addım kimitəqdim edilir. Bu, Azərbaycanın beynəlxalq təşkilatlarla işləməkdənə qədər ardıcıl və məqsədyönlü olduğunu göstərir".

S.Mikayılova qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanıniki yerə bölünməsinin tarixi köklərinə də toxunur:

"Belə ki, Zəngəzurun 1920-ci ildə Azərbaycandan qoparılaraqErmənistana verilməsinin necə tarixi ədalətsizliyə səbəb olduğunuizah edir. Bu bölünmə nəticəsində Naxçıvan Azərbaycanın əsashissəsindən təcrid olunmuş vəziyyətə düşüb. Bu fakt hazırdaZəngəzur dəhlizi ilə bağlı tələblərin və planların hüquqi və tarixiəsasını təşkil edir. Sovet dövründə sərhədlərin olmaması buproblemi hiss etdirmirdi, lakin Ermənistanın təcavüzkar siyasətinəticəsində əlaqələr tam kəsilib. Prezident İlham Əliyevin bufikirləri, Azərbaycanın geosiyasi mövqeyi, strateji səbr siyasətivə regional nəqliyyat əlaqələrinin bərpası ilə bağlı prinsipialmövqeyini aydın şəkildə ifadə edir. Ölkəmiz üçün ən önəmliməsələlərdən biri də Naxçıvanla birbaşa quru bağlantısı qumaqdır.Bu da Zəngəzur dəhlizi vasitəsilə mümkündür. 2020-ci ildə İkinciQarabağ müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan, hərbiüstünlük şəraitində olmasına baxmayaraq, zor tətbiq etmədənZəngəzur dəhlizi məsələsini diplomatik yolla həll etməyə çalışdı.Görünən odur ki, tezliklə buna nail olunacaq".

S.Mikayılova əlavə edib ki, Ermənistanın illərlə konstruktivmövqe nümayiş etdirməməsi fonunda, ABŞ-nin vasitəçiliyi vəPrezident Trampın təşəbbüsü ilə irəli sürülən TRIPP marşrutu –“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” bu məsələyə beynəlxalqlegitimlik qazandırdı:

"Azərbaycanın əsas tələbi isə tam haqlıdır: dəhliz yalnızErmənistanın deyil, beynəlxalq tərəfdaşların da təhlükəsizlikzəmanəti altında fəaliyyətə başlamalıdır. Bu, həm sərnişinlərin,həm də yük daşımalarının təhlükəsizliyi üçün vacibdir. Azərbaycanartıq dəmir yolu və magistral yol tikintisini Ermənistansərhədinədək çatdırmaq üzrədir. Bu da göstərir ki, Azərbaycan bulayihəyə ciddi hazırlaşıb və texniki imkanlara sahibdir. Əgərsiyasi razılıq əldə olunarsa, Zəngəzur dəhlizinin tikintisini çoxqısa müddətdə başa çatdırmaq Azərbaycanın gücündədir. Bu çıxışAzərbaycanın gücünü nümayiş etdirməklə yanaşı, onun məsuliyyətli vəuzaqgörən regional siyasət apardığını göstərir. Zəngəzur dəhlizitəkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm strateji vəiqtisadi əhəmiyyət daşıyır".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin İranlamünasibətlərə dair fikirləri Azərbaycan-İran əlaqələrinin nə qədərsəmimi və strateji əsasda qurulduğunu göstərir.

"İki ölkə rəhbərliyi arasında şəxsi və işgüzar münasibətlərgüclüdür, bu da əməkdaşlığın inkişafı üçün mühüm amildir. İranlabağlı səsləndirilən fikirlər Azərbaycanın qonşu ölkələrlə, xüsusənİranla əlaqələrində hörmət və etimad mühitini qorumağa üstünlükverdiyini, həmçinin, regional sabitlik və inkişaf üçün dialoqu əsastutduğunu açıq şəkildə nümayiş etdirir. Eyni zamanda, qarşılıqlınarahatlıqları azaltmaq və yalan məlumatların qarşısını almaq üçünaçıq və şəffaf kommunikasiya strategiyasının vacibliyinivurğulayır. Azərbaycanın gücünü və haqlı mövqeyini açıq şəkildəgöstərir. O, Azərbaycanın işğalçı olmadığını, əksinə, torpaqlarınıazad edən ədalətli bir dövlət olduğunu bir daha təsdiqləyir. Eynizamanda, Ermənistan-İran sərhədini kəsməklə bağlı yayılan əsassızsöz-söhbətlərin yersizliyini vurğulayır".

S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyev Zəngəzurdəhlizinin regional nəqliyyat sistemindəki strateji rolunu vəŞimal-Cənub dəhlizi ilə qarşılıqlı tamamlayıcılığını izah edir.

"Zəngəzur dəhlizinin yalnız Azərbaycanın deyil, bütün regionunmaraqlarına xidmət edəcəyini vurğulayır. Bu dəhliz vasitəsiləŞimali Avropadan başlayaraq Rusiyanı, Azərbaycanı, Ermənistandankeçməklə Naxçıvana və İrana bağlayan yeni nəqliyyat marşrutuyaradılacaq. Bu da regional əməkdaşlıq və iqtisadi inkişaf üçünönəmli addımdır".

S.Mikayılova qeyd edib ki, müsahibədə mülki təyyarənin Rusiyanınhava hücumundan müdafiə sistemi tərəfindən vurulması hadisəsi iləbağlı məyusluq və təəssüf ifadə olunur.

"Prezident İlham Əliyev hadisənin baş verməməli olduğunu,pilotların peşəkarlığı sayəsində faciənin daha böyük olmadığınıvurğulayır. Bu, həm regionda, həm də beynəlxalq münasibətlərdədiqqət tələb edən ciddi insident kimi qiymətləndirilir. RusiyanınAzərbaycana qarşı münasibətində ortaya çıxan ciddi problemləri vəgərginlikləri nümunələrlə izah edir. Xüsusilə İkinci Qarabağmüharibəsinin son günündə təsadüfi vurulan rus helikopterihadisəsinə görə Azərbaycan tərəfindən göstərilən məsuliyyətli vəsəmimi addımlara (üzrxahlıq, təzminat və istintaq) qarşılıqRusiyanın eyni şəkildə reaksiya verməməsi vurğulanır. Bundan əlavə,Rusiyada azərbaycanlılara qarşı baş verən hücumlar və ayrı-seçkilikhallarına diqqət çəkilir ki, bu da iki ölkə arasındakımünasibətlərin gərginləşməsində Azərbaycana aid olmayan amil kimitəqdim olunur. Prezident qeyd edir ki, Azərbaycan münasibətləripozmaq istəmir, lakin öz xalqına qarşı ədalətsizliyə, təcavüzə vəhörmətsizliyə dözməyəcək".

S.Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyev Tramplaarasında formalaşmış şəxsi münasibətlərin və qarşılıqlı etimadınyüksək səviyyəsini ifadə edib.

"Bu cür münasibətlər dövlətlərarası əlaqələrdə qarşılıqlıanlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir.Liderlər arasında dostluq münasibəti həm də strateji məsələlərindaha çevik və etimadlı şəkildə həllinə şərait yaradır, xüsusilə dəregional və beynəlxalq səviyyədə vacib təşəbbüslərinirəlilədilməsində mühüm rol oynayır", - deyə deputat qeyd edib.

Seçilən
22
3
az.trend.az

4Mənbələr