AZ

Türklərə etdiyi zülm və pisliklərə görə mənim Fələstin adlı davam yoxdur Türk professor

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qaynarinfo tarixçi Professor İlber Ortaylının məqaləsini təqdim edir. Buyurun oxuyun...

İl 1837...

Fələstində əhali siyahıyaalması aparılır, orada yaşayan yəhudilərin ümumi sayı 9 min olaraq qeydə alınır.

Fələstinli ərəblərin yəhudilərə torpaq satması ilə bu rəqəm 50 minə qalxır.

Beləcə, 1882-ci ildə ikinci yəhudi məskəni qurulmuş olur...

1908-də yəhudi əhalisi 100 minin üzərinə çıxmışdı.

Bu torpaqlar dövlət tərəfindən satılmırdı.

Birbaşa həmin bölgədə yaşayan ərəb şeyxlərinin şəxsi mülkləri idi.

Ərəblər baha qiymətə satmaq üçün bir-biri ilə əməlli-başlı yarışırdılar.

Halbuki Osmanlı padşahının bu mövzuda açıq əmri vardı: heç bir yəhudiyə torpaq satılmayacaq!

Yəhudilər hər şeyi qanuni görsətmək üçün alman kimliyi, ingilis kimliyi ilə torpaq alırdılar.

Fələstinli ərəblərin isə gözü doymaq bilmirdi. Yəni işğal etməklə başlamadı heç nə!

Adamlar pullarını qoyub torpaqları aldılar.

Demək ki, vətənin hər qarışı müqəddəs imiş. Müqəddəs olanı satarsansa, başına bunlar gələrmiş!

Osmanlı dövründən sonra Fələstin İngiltərənin himayəsinə keçdi və torpaq satışı qadağası qalxınca yəhudilər aldıqları torpaqların çıxarışlarını öz adlarına keçirdilər.

Əlbəttə, dönümləri kvadrat metrə çevirək: 1 dönüm ≈ 1000 m².

1925-də 944 min dönüm (944 000 000 m²) torpaq satılmışdı!

1927-də 1 milyon 124 min dönüm (1 124 000 000 m²) torpaq satılmışdı.

1930-da satılan torpaqların miqdarı 1 milyon 700 min dönümə (1 700 000 000 m²) çatmışdı.

Bunların hamısı satın alınan, sənədli torpaqlar idi!

1948-ci ilə gəldikdə isə artıq bir dövlət quracaq qədər torpaq alınmışdı!

Yəni bəzilərinin dediyi kimi, Fələstin işğal olunmamışdı!

Bəs bu fələstinlilər necə insanlarmış? Türklərlə bağları nəymiş, ona da baxaq...

İl 1915...

Fələstin əsgərləri türk əsgərlərinə arxadan hücum edib 14 min türk əsgərinin şəhid olmasına, bir çoxunun yaralanmasına səbəb oldular.

Ərəb xəyanəti ilə əsir düşən 15 min türk əsgərinin gözləri turşu quyularında kor edilərək işgəncə verilmişdi.

Qardaş Fələstin, ha?!..

İl 1916...

Fələstin bayrağı fələstin xalqını təmsil etmək üçün istifadə edilən bayraqdır...

İlk dəfə Şərif Hüseyn tərəfindən 1916-cı ildə Osmanlıya qarşı başlayan ərəb üsyanının simvolu olaraq dörd rəngdən – "qara, ağ, yaşıl və qırmızı”dan ibarət bir bayraq hazırlanır...

Üstdəki qara xətt – Abbasiləri;

Orta yaşıl rəng – şiə Fatimiləri;

Aşağıdakı ağ – Əməviləri təmsil edir...

Qırmızı üçbucaq isə 1916-cı ildə Osmanlıya qarşı üsyan edən Şərif Hüseynin qəbiləsi – Həşimoğullarını təmsil edir. (Başqa bir fikrə görə, ərəb müstəqilliyi üçün axıdılan qanı...)

İl 1917...

Fələstinli ərəblər ingilis Lourens ilə birləşib tarixə "Əqəbə basqını” kimi keçən xəyanətə imza atdılar.

Əqəbədəki bütün türk əsgərləri qətlə yetirildi.

Bu gün İordaniya-Fələstin arasındakı Vadi Rum səhrasında Lourensin barelyefini dağlara daşlara həkk etmişlər.

Həmin ildə, 1917-də Qüds fələstinlilər tərəfindən ingilislərə təhvil verilir!

Üstəlik, ingilis generalı Allenbi Qüdsə girəndə fələstinlilər onu "Əl-Nəbi” – peyğəmbər kimi qarşıladılar...

Türkiyə Cümhuriyyətində şəxsən şahidi olduqlarımı da yazım...

İl 1978...

Fələstin Azadlıq Təşkilatı terrorçu PKK-ya qucaq açır və birlikdə Türkiyə əleyhinə fəaliyyətlərə başlayır...

İl 1979...

Ankaradakı Misir səfirliyi fələstinlilər tərəfindən hücuma məruz qalır, bir polisimiz və bir gözətçimiz şəhid edilir...

İl 1980...

Fələstin Xalq Azadlıq Cəbhəsinin lideri Corc Habaş Livanın Sidon şəhərindəki düşərgələrinin qapısını ASALA terror təşkilatına açır.

ASALA-nın diplomatlarımızı qətlə yetirdiyi aksiyalara fələstinli terrorçular da dəstək verir...

Qardaşa bax, qardaşa! Siz bu qardaşın xəyanətini unuda bilərsinizmi?!

Mən universitet illərində bunları düşünüb-düşünüb yaşadım...

İl 1989...

Yasir Ərəfat: "Ermənistanın haqlı davasını dəstəkləyirik” açıqlaması verir...

Qarabağ işğalına və erməni qətliamlarına dəstək olur...

Qardaşın xəyanəti bitmir...

İl 1993...

Fələstinli ərəblər Məsud Bərzaninin "Müstəqil Kürdüstan” fikrinə dəstək olurlar...

Adamlar türk millətinə xəyanətdən doymurlar...

İl 2002...

Kapitan Cengiz Toytunç Qərbi Şəriədə sülhməramlı qüvvədə xidmət edərkən avtomobili saxlanılıb şəhid edilir...

İl 2009...

Fələstin Dövlət Başçısı Mahmud Abbas Kiprdə türklərin işğalçı olduğunu, rumların bütün mövqelərini dəstəklədiklərini dünyaya açıqlayır...

Siz Fələstin üçün ağlayanda, Anadoluda fələstinlinin kürəyindən xəncərlədiyi türklərin anası ağlayır...

Ay aman, sizin gözünüzdəki bu pərdə nə vaxt qalxacaq?!

Bitmədi...

Xəyanətin daha artığı var, davam...

İl 2012...

Fələstin Dövləti "Əl-Nəkbə kuboku” adlı bir turnir təşkil edir və guya "Kürdüstan” komandasını dəvət edib, onlarla futbol oyunu keçirir...

İdmansevərlər, buyurun, gözəl izləmələr. Bundan təbii nə ola bilər, deyilmi?

İl 2019...

Türkiyənin Suriyada başladığı "Barış Pınarı Hərəkatı” üçün Fələstinin də içində olduğu "Ərəb Birliyi” qınama mesajı yayır.

Bunu da eşitmədiniz, təbii...

İl 2020...

Fələstin, Türkiyənin Şərqi Aralıqdakı hüquqlarına qarşı qurulan "Şərqi Aralıq Dənizi Qaz Forumu”na (EMGF) üzv olur.

Yunanıstan, Misir, Kipr Rum kəsimi və İsraillə birlikdə Türkiyənin "Mavi Vətən” tezisinə qarşı cəbhə alır...

Siz isə Fələstin üçün ağlamağa davam edin...

Eyni ildə, 2020-də

Fələstin, Çinin uyğur türklərinə etdiyi soyqırımı dəstəkləyir və Çinin uyğur siyasətinə dəstək verdiyini bildirir...

Siz ümmət qardaşlarınız üçün ağlayarkən, onlar Türk millətinin övladlarının qətliamına razılıq verirdilər...

Bu gün gözəl ölkəmin küçələrində bu millətin qanını təmsil edən Türk bayrağının yanında Fələstin bayrağını dalğalandıran bir kəsim var.

Onların məqsədləri nədir bilmirəm, amma...

Türkiyədə italyan, alman, ingilis şirkətləri adı altında İsrailin minlərlə kvadrat metr kənd təsərrüfatı torpağı aldığı hamıya məlumdur...

Necə ki, vaxtilə fələstinli ərəb şeyxləri torpaqlarını satmışdılar, biz də torpaqlarımızı əcnəbilərə satırıq, satmağa da davam edirik!..

400 min dollar verən hər kəs Türk vətəndaşı ola bilir...

Fələstinləşirik, xəbərin yoxdur!

Övladlarınız sizi necə yad edəcək, mən bilirəm, siz bilmirsiniz!

Evinizi, torpağınızı, yurdunuzu yadlara satarkən fələstinlilər kimi siz də xatirə fotosu çəkdirməyi unutmayın!

Bəlkə sizin də torunlarınız, bugünkü fələstinli uşaqlar kimi dağıntılar altından qurtulmağı gözləyərkən, babalarının tarixi dərs çıxarmamasının bədəlini ödəyər...

Ey Türk milləti,

Oyan, silkələn və özünə dön.

Mənim Fələstin deyə bir davam yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
qaynarinfo.az

1Mənbələr