AZ

Xankəndidə tikintiyə nəzarət bu quruma həvalə olundu - FƏRMAN

Prezident İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, Fərmana əsasən  “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən Fərmanın  3-cü hissəsində “Ağdam” sözü “Xankəndi şəhərinin, Ağdam, Ağdərə” sözləri ilə əvəz edilib.

Yeni dəyişikliyə görə, Xankəndi şəhəri və Ağdərədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.

Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.5-ci bəndində “Bərdə” sözü “Xankəndi” sözü ilə əvəz edilib.

"Cebheinfo.az" 

Seçilən
14
3
cebheinfo.az

4Mənbələr