Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
O bildirib ki, hadisə nəticəsində zərərçəkən hər iki uşaq ilkin olaraq, Ağdam Rayon Xəstəxanasına yerləşdirilib. Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən uşaqlardan birinin (3 yaşlı uşaq) vəziyyətinin ağır olması səbəbindən onun daha ixtisaslı tibbi xidmət alması üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunması həyata keçirilib.
Azyaşlının üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır. Həkimlərin müşahidəsi altında saxlanılır.
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məsələ nəzarətə götürülüb. Uşaqların valideynləri isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
5Mənbələr
-
tribunainfo.azValideynləri tərəfindən vəhşicəsinə döyülən uşaqlardan XƏBƏR VAR RƏSMİ ( 20782744)
-
tribunainfo.azValideynləri tərəfindən vəhşicəsinə döyülən uşaqlardan XƏBƏR VAR – RƏSMİ ( 20782639)
-
demokrat.azAzyaşlı övladlarını döyən ata-ananın valideynlik hüququna baxılır— RƏSMİ ( 20782411)
-
baku.newsValideynləri tərəfindən döyülən azyaşlılar ilə bağlı araşdırma aparılır ( 20780938)
-
ikisahil.azValideynləri tərəfindən döyülən azyaşlılar ilə bağlı araşdırma aparılır ( 20780815)