AZ

Sosial şəbəkələrin psixikaya mənfi təsiri üzə çıxıb

Psixoloq Qalina Qubanova xəbərdarlıq edir: sosial şəbəkələrdən həddindən artıq istifadə depressiyaya səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, özlərinə yüksək tələb qoyan insanlar məşhur bloggerlərlə müqayisə edərək mənfi emosiyalar yaşayır, bu isə paxıllıq və məyusluğu artırır.

Virtual aləmdəki ideal obrazlara aludə olmaq insanı reallıqdan uzaqlaşdırır, sosial əlaqələri zəiflədir və təcrid hissini gücləndirir. Qubanova deyir ki, burada “ucuz dopamin” real emosiyaların əvəzini verir.

Digər təhlükə isə doomscrollingdir – pis xəbərləri nəzarətsiz oxumaq stres və narahatlığı artırır, vəziyyətə nəzarət illüziyası yaradır.

Mütəxəssis sosial şəbəkələrdə vaxtı məhdudlaşdırmağı, zəngli saat qurmağı və diqqəti başqa fəaliyyətlərə yönəltməyi məsləhət görür.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
12
e-saglam.az

1Mənbələr