AZ

Türkiyədə CHP sədri Özgür Özel haqqında istintaq başlandı

Türkiyədə Ankara Baş Prokurorluğu tərəfindən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel haqqında İstanbul baş prokuroru Akın Gürlekin ünvanına söylədiyi sözlərə görə rəsmi istintaq başladılıb.

Bu barədə 7News.Az Anadolu Agentliyinə (AA) istinadən xəbər verir.

Məlumata görə, Baş Prokurorluq Özelin partiyasının İstanbul Beyoğlunda keçirilən mitinqində çıxışı zamanı Gürlek barəsində səsləndirdiyi ifadələri araşdırır.

Respublika Baş Prokurorluğunun qiymətləndirməsindən sonra Özgür Özel haqqında "Dövlət məmurunu təhqir etmək" və "Təhdid" maddələri üzrə istintaq başladılıb.
Seçilən
0
3
7news.az

4Mənbələr