AZ

Şəki Zaqatala bölgəsi üzrə 172 məzun 600 baldan yuxarı nəticə göstərib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəki, 28 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2024-2025-ci tədris ilində buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 172 məzun 600 baldan yuxarı nəticə göstərib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib. Qurumun əməkdaşı bildirib ki, buraxılış və qəbul imtahanlarında Şəkinin təhsil müəssisələri üzrə 67, Qəbələ rayonu üzrə 57, Zaqatala rayonu üzrə 22, Balakən rayonunu üzrə 10, Qax və Oğuz rayonlarının hər biri üzrə isə 8 məzun 600-dən yuxarı bal toplayıb.

Regionun təhsil müəssisələri üzrə ən yüksək nəticəni Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin məzunu Orxan Abdulsəmədli göstərib. O, buraxılış və qəbul imtahanlarında ümumilikdə 700 bal toplayıb. Qax şəhəri Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin məzunu Çiçək Hümmətli 697 bal nəticə ilə ikinci olub. Balakən rayonu Amin Novruzov adına Humanitar və texniki fənlər təmayüllü liseyin məzunu Şahin Məmmədov 695 bal, Qəbələ rayonu Daşca kənd tam orta məktəbin məzunu Səmra Mahmudova 692 bal, Oğuz şəhəri Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin məzunu Gülər Ənsərli 683 bal, Zaqatala şəhəri Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbin məzunu Xanzadə Həsənova isə 678 bal toplayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
azertag.az

3Mənbələr