AZ

Azərbaycanın bir cüdoçusu 1/4 finala yüksəlib, digərləri məğlub oldu

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

İdmanxeber.az xəbər verir ki, Zeyd Ələsgərov (60 kq) iki rəqibinə qalib gələrək bu raunda yüksəlib. 

Röyal Qayıbov (60 kq) 1/32 finalda uduzub. Nərmin Ağamirzəzadə (48 kq) 1/16 finala təsadüf edən ilk görüşdə yenilib.

Yarışa 1/32 finaldan start verən Aysun Məmmədova (52 kq) və Leyla Ələkbərova (48) 1/8 finalda məğlubiyyətlə barışmalı olublar.

Ötən gün Azərbaycanın altı cüdoçusu mübarizəyə qoşulub. Onlardan Anar Quliyev (50 kq) bürünc medal əldə edib.

Turnirdə fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.

Seçilən
34
6
idmanxeber.az

10Mənbələr