AZ

FT: “Trampın mövqeyində ciddi irəliləyiş var”

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin yazdığına görə, bu, Ağ Evin mövqeyində ciddi dəyişiklik deməkdir.

Avropalı məmurlar bildirirlər ki, təhlükəsizlik zəmanətlərinin istənilən həlli hələ çox uzaqdadır, lakin bir əsas maneə – Trampın kömək etmək istəməməsi – dəf olunub.

“Tramp başa düşdü ki, Ukraynada atəşkəsə nail olmaq və özünün Nobel Sülh Mükafatına can atması uzunmüddətli sülhün təminatına ABŞ-nin müəyyən töhfəsini tələb edir. Üstəlik, Avropanın müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq vədi Ağ Evdə qitəyə etibarı təmin etdi”,- mənbələr nəşrə deyiblər.

Ukraynanın təhlükəsizliyi üçün 4 variant
Onların iddiasına görə, təhlükəsizlik zəmanətləri üzrə təklif planının layihəsi “tezliklə” təqdim oluna bilər. Bununla belə, hansı Avropa ölkələrinin qoşun göndərməyə hazır olduğu və Vladimir Putinin buna razılaşıb-razılaşmayacağı bəlli deyil. Kreml dəfələrlə Qərbin Ukraynadakı hərbi mövcudluğunu qəti şəkildə qəbuledilməz adlandırıb.

Xatırladaq ki, Ukrayna üçün təhlükəsizlik təminatları Volodimir Zelenski ilə Avropa liderlərinin avqustun 18-də Ağ Evdə Donald Trampla görüşündə əsas müzakirə mövzularından biri olub. Görüşdən sonra Ağ Ev rəhbəri təhlükəsizlik zəmanətlərinin Vaşinqtonla koordinasiyalı şəkildə müxtəlif Avropa ölkələri tərəfindən veriləcəyini deyib, lakin ABŞ-nin bunda hansı rol oynayacağını dəqiqləşdirməyib.

Bununla belə, ABŞ-nin müdafiə nazirinin siyasi məsələlər üzrə müşaviri Elbric Kolbi müttəfiqlərə bildirib ki, ABŞ Ukraynaya hər hansı təhlükəsizlik zəmanətinin verilməsində minimal rol oynamağı planlaşdırır.

Qeyd edək ki, “FT” Qərbin Ukraynada3 müdafiə xətti yaratmaq niyyətində olduğunu yazıb.

Yeri gəlmişkən, bir həftə bundan əvvəl Böyük Britaniyanın “The Times” nəşri on gün ərzində ABŞ və Avropanın Ukraynanın təhlükəsilziyinə zəmanət verə biləcək dörd variant hazırlayacağını bildirmişdi.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
103
1
azvision.az

2Mənbələr