AZ

Süni fotosintez yaradan molekul yaradılıb  

İsveçrəli tədqiqatçılar bitki fotosintezini simulyasiya edən yeni molekul hazırlayıblar. Bitkilər günəş işığının enerjisindən karbon qazını enerji ilə zəngin şəkər molekullarına çevirmək üçün istifadə edirlər. Bu proses fotosintez adlanır və demək olar ki, bütün canlıların əsasını təşkil edir.

Məqsədləri günəş işığını karbon-neytral yanacağa çevirmək olan alimlər işığın təsiri altında eyni vaxtda dörd ədəd - iki müsbət və iki mənfi yük toplaya bilən xüsusi molekul hazırlayıblar. Bir neçə yükün aralıq yığılması günəş işığını kimyəvi enerjiyə çevirmək üçün vacib şərtdir: bu yüklərdən reaksiyaların başlaması, məsələn, suyun hidrogen və oksigenə parçalanması üçün istifadə edilə bilər.

Molekul hər biri müəyyən vəzifə yerinə yetirən beş ardıcıl birləşən hissədən ibarətdir. Molekulun bir tərəfində iki hissə elektron yayılır və müsbət yük alınır. Qarşı tərəfdəki iki hissə elektron alır və mənfi yüklənir. Molekulun ortasına kimyaçılar günəş işığını tutan və reaksiyaya başlayan bir komponent qoyublar. Dörd yükdən ibarət molekul yaratmaq üçün tədqiqatçılar iki işıq qığılcımından istifadə ediblər. İlk qığılcım molekula dəyir, sonra müsbət və mənfi yük yaradan reaksiyaya başlayır. Bu yüklər molekulun əks tərəflərinə xaricə yayılır. İkinci işıq yanıb-sönməsi reaksiyanı təkrarlayır. Yaranan molekulda iki müsbət yük və iki mənfi yük var.

Əvvəllər süni molekulda oxşar reaksiya üçün son dərəcə güclü lazer işığı tələb olunurdusa, indi pilləli reaksiya günəş işığının intensivliyinə yaxınlaşaraq daha sönük radiasiya mənbəyindən istifadə etməyə imkan verir. Bundan əlavə, molekuldakı yüklər sonrakı kimyəvi reaksiyalarda istifadə oluna biləcək qədər uzun müddət sabit qalır.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
0
5
azerbaijan-news.az

6Mənbələr