AZ

“Atəşgah”dan müjdəli xəbər: “BMW ayı” kampaniyasının müddəti 15 sentyabradək uzadıldı!

“Atəşgah” Sığorta Şirkəti tərəfindən avqust ayında start verilən və yüzlərlə BMW sahibinin  böyük marağına səbəb olan  xüsusi KASKO kampaniyası müştərilərdən gələn çoxsaylı müraciətləri nəzərə alaraq, 15 sentyabr  tarixinədək uzadıldı!

Aksiya çərçivəsində müştərilər KASKO sığorta məhsulunu cəmi 2.2% tariflə əldə edə bilərlər. Bundan əlavə, sığorta haqqını 10 hissəyə bölərək mərhələli şəkildə ödəmək imkanı da mövcuddur.

Kampaniyanın şərtlərinə daxildir: • Kampaniya yalnız 2015-ci il və ondan sonrakı illərdə istehsal edilmiş “BMW” markalı avtomobillərə şamil olunur • Elektromobillər, Rent a Car və taksi fəaliyyəti üçün istifadə edilən avtomobillərin iştirakı istisnadır • Tarif- 2.2 %

Qeyd: 1000 AZN-dən artıq birdəfəlik ödəniş həyata keçirən şəxslərə  50 AZN dəyərində yanacaq kartı hədiyyə olunacaq.

BMW-nizi sığortalamaq və bu fürsətdən yararlanmaq üçün indi ən doğru zamandır!

Əlavə məlumat və müraciət üçün “940” nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

Seçilən
9
2
banker.az

3Mənbələr