AZ

"Xalq Sarkisyan və Köçəryanın dilini kökündən çıxaracaq" - Paşinyan

"Hesab edirəm ki, qarşıdan gələn seçkilərdə xalqın nəhayət, həm Serj Sarkisyanın, həm də Robert Köçəryanın siyasi dilini kəsmək imkanı olacaq".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə deyib. 

"Xalqımız seçkilərlə Serj Sarkisyana, Robert Köçəryana və Levon Ter-Petrosyana öz yerini göstərdi. Qeyd etmək lazımdır ki, onlar heç vaxt seçkilərdə qalib gəlməyən insanlardır. 1991-ci ildə bir dəfə qalib gəlmiş Levon Ter-Petrosyandan başqa. 

Deyirsiniz ki, Ermənistan Respublikasında həbslər var və s. Ermənistan xalqı məni günahlandırır ki, onlar hələ də regionda danışmaq hüququna malikdirlər. Onlar Ermənistan Respublikasının siyasi həyatında hələ də mövcuddurlar. Mən Ermənistan xalqına hələ də Serj Sarkisyanın və Robert Köçəryanın dilinin Ermənistanda dolaşdığını əsaslandırmalıyam, amma düşünürəm ki, qarşıdan gələn seçkilərdə xalqımız nəhayət, sivil yolla həm Serj Sarkisyanın, həm də Robert Köçəryanın siyasi dillərini kəsmək və kökündən çıxarmaq imkanı əldə edəcək", - deyə o qeyd edib. 

Paşinyan həmçinin qeyd edib ki, siyasi qrupların son məhvi mərhələsinə başlanılıb: "Biz Ermənistanda hakimiyyəti zəbt edən keçmiş siyasi qrupların son məhvi mərhələsinə qədəm qoyduq". 

Ağarza Elçinoğlu

Seçilən
2
2
unikal.az

3Mənbələr