21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi matçının hakim-inspektoru azərbaycanlı olacaq. 

Offsideplus.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. O, çərçivəsində sentyabrın 5-də keçiriləcək Bosniya və Herseqovina – İsrail görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Mostar şəhərində yerləşən “Bijelim Brijeqom” stadionunda baş tutacaq.