AZ

“Bu, Azərbaycanın tarixi nailiyyətidir” Ceyhun Məmmədov

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Prezident İlham Əliyev hər zaman olduğu kimi, “Əl-Ərəbiyyə” kanalına müsahibəsində də olduqca vacib və mühüm mesajlar verdi, Azərbaycanın haqq səsini növbəti dəfə bütün dünyaya ən yüksək formada çatdırdı”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov dövlət başçısının müsahibəsindəki əsas istiqamətləri şərh edərkən bildirib.

“Hesab edirəm ki, həm ölkəmiz, həm dünya, həm region dövlətləri, həm də Azərbaycanın qonşu ölkələrlə əlaqələrinə dair mövzularda cənab Prezident olduqca önəmli açıqlamalar verdi, dövlətimizin mövqeyini növbəti dəfə bütün dünyanın diqqətinə çatdırdı. Bu gün Azərbaycan qarşısına qoyduğu məqsədlərə, hədəflərə nail olmaq üçün çox vacib addımlar atır, əlaqələrini daha da genişləndirir. Ümumiyyətlə, Azərbaycan-Ermənistan münasibətləri, gələcək üçün qarşıya qoyulan hədəf və məqsədlər və s. barədə dövlət başçısı mesajlarını çatdırdı”.

Deputat söyləyib ki, Azərbaycanın Yaxın Şərq regionu, ABŞ, Rusiya ilə əlaqələr, Ermənistanla sülh prosesi barədə məsələlər müsahibədə əksini tapıb. Onun sözlərinə görə, önəmli məqamlardan biri də ölkəmizdə tolerantlıq, dini dözümlülüklə bağlıdır: “Dövlət başçısı bildirdi ki, təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər.  Azərbaycan bu baxımdan unikal ölkədir, dini dözümlülük ən yüksək səviyyədədir, hansısa ayrı-seçkilikdən, problemdən söhbət belə gedə bilməz. Hesab edirəm ki, bu, Azərbaycanın tarixi nailiyyətidir”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
525.az

1Mənbələr