AZ

Sabah 800-dən çox abonentin qazı kəsiləcək

Biləsuvar rayonunda qaz sızması ilə əlaqədar sabah 800-dən çox abonentin qaz təchizatı dayandırılacaq.

Gundem.az xəbər verir ki,  rayonun Xırmandalı kəndindən keçən təbii qaz xəttində aşkar olunmuş sızmanın qarşısının alınması məqsədilə avqustun 29-da saat 10:00-dan başlayaraq kəndin bir hissəsində, ümumilikdə 839 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Seçilən
6
30
gundem.az

10Mənbələr