AZ

Türkiyədə klub prezidenti güllələndi VİDEO

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Türkiyədə Alemdağ İdman Klubunun prezidenti Tuncay Meriç İstanbulun Çekmeköy rayonundakı kafelərdən birində güllələnib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti yemək yediyi zaman naməlum şəxs ona yaxınlaşaraq atəş açıb. Başından güllə yarası alan Meriç xəstəxanaya aparılsa da, dünyasını dəyişib. 

Polis qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb. Hücum anı təhlükəsizlik kamerasına düşüb.

Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
unikal.az

4Mənbələr