2025-26 mövsümü üzrə UEFA Çempionlar Liqasının final matçının startı dəyişdirilib. 

Offsideplus.az xəbər verir ki, həlledici matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək. Bu qərar azarkeşlərin, komandaların və ev sahibi olan şəhərin daha çox oyun günü təcrübəsindən istifadə etməsi üçün verilib. 

Qeyd edək ki, ÇL-nin final oyununa Macarıstanın Budapeşt şəhəri ev sahibliyi edəcək, matç "Puşkaş Arena"da 30 may tarixində keçiriləcək.