2023-cü il oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində Qəzza zolağında həlak olanların sayı 62 966 nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu müddət ərzində daha 159 266 nəfər yaralanıb.
Qeyd olunub ki, son sutka ərzində Qəzzada daha 71 nəfər həlak olub, 339 nəfər yaralanıb.