AZ

Braziliya ilə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

Braziliyanın Azərbaycandakı səfiri ilə görüşdə tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafına dair fikir mübadiləsi aparılıb.

Yenisabah.az xəbər verir ki, İqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyev Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşüb.

Görüşdə vurğulanıb ki, qarşılıqlı səfərlər, imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Həmçinin ilk iclası bu ilin 1 sentyabrında Braziliyada keçiriləcək Azərbaycan-Braziliya Birgə İşçi Qrupu işbirliyi üçün önəmli mexanizmdir.  Marqarita pizza

Braziliya ilə ticarət və investisiya münasibətlərinin mövcud potensiala uyğun gücləndirilməsinin önəmi qeyd olunub. Bununla yanaşı, ölkələrimiz arasında tərəfdaşlıqda kənd təsərrüfatı, nəqliyyat, təhsil və texnologiya, turizm sahələri əsas prioritetlər kimi diqqətə çatdırılıb. 

Ölkəmizdə yaradılmış əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verilib, braziliyalı sərmayədarlar fəal əməkdaşlığa dəvət olunub. 

Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi barədə müzakirə aparıblar.


Telegram kanalımız
Seçilən
9
16
yenisabah.az

10Mənbələr