AZ

Kağız sənəd tələb edən universitetlər SİYAHI

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu gündən universitetlərə qəbul olan tələbələrin qeydiyyatı başlayıb. Mövcud qaydalara görə qeydiyyat yalnız Elm və Təhsil Nazirliyinin portal.edu.az platformasında elektron formada aparılmalıdır. Uzun müddət bu sahədə pərakəndəlik olduğundan ötən il ETN, İRİA və AzTU paralel qeydiyyatdan və kağızdan imtina ilə bağlı universitetlərə müraciət etmişdilər.

Modern.az-ın məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ötən illə müqayisədə vəziyyət müsbət istiqamətdə xeyli dəyişib.  

"Öndə gedən aparıcı universitetlərin böyük əksəriyyəti kağızdan və parallel qeydiyyatdan imtina ediblər. Hətta regionlarda olan universitetlərin də böyük əksəriyyəti qeydiyyatı yalnız Nazirliyin platformasında elektron formada aparılamsı haqqında elanlar verib. Bu universitetlərin rektorlarının səlahiyyət verdiyi əməkdaşlar  yeni tələbələrlə bağlı bütün datanı Nazirliyin elektron sisteminə daxil olaraq bir anda əldə edə bilirlər. Amma təəssüf ki, hələ də paralel qeydiyyat aparan və kağız sənədlər tələb edən universitetlər var", - o qeyd edib.

O, parallel qeydiyyat aparan və kağız sənədlər tələb edən universitetlərin siyahısını təqdim edib:

1. Azərbaycan Dövlət Pedaqoji Universiteti (kağız formada sənədlər tələb edir)

2. Xəzər Universiteti (kağız formada sənədlər tələb edir)

3. Azərbaycan Memarlıq ve İnşaat Universiteti (kağız formada sənədlər tələb edir)

4. Azərbaycan Tibb Universiteti (kağız formada sənədlər tələb edir)

5. Azərbaycan Dillər Universiteti (kağız formada sənədlər tələb edir)

6. Qərbi Kaspi Universiteti (kağız formada sənədlər tələb edir)

7. Azərbaycan Dövlət Aqrar Universiteti (kağız formada sənədlər tələb edir)

8. Azərbaycan Turizm ve Menecment Universiteti (kağız formada sənədlər tələb edir)

9. Dövlət İdarəçilik Akademiyası (kağız formada sənədlər tələb edir)

10. Bakı Biznes Universiteti (kağız formada sənədlər tələb edir)

11. ADA Universiteti (3 pilləli qeydiyyat tələb olunur)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
4
modern.az

5Mənbələr