AZ

Starmer: Putin sülhü sabotaj edir

Böyük Britaniya Baş naziri Kir Starmer Rusiyanın Ukraynaya qarşı son kütləvi hava zərbələrini pisləyib.
Teleqraf xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Mənim fikrim Rusiyanın Kiyevə vəhşicəsinə zərbələri nəticəsində əziyyət çəkənlərin hamısı ilədir. Putin uşaqları və mülki insanları öldürür və sülhə olan ümidləri sabotaj edir”, - baş nazir bildirib.
Starmer bu qan tökülməsinə son qoyulmalı olduğunu vurğulayıb.
Xatırladaq ki, Rusiyanın Kiyevə kütləvi hava zərbələri nəticəsində ölənlərin sayı 4-ü uşaq olmaqla 15-ə çatıb. Zərbə dalğası Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin binasına və Britaniya Şurasının (Britich Council) Ukraynadakı ofisinə ciddi ziyan vurub.
Seçilən
47
2
sherg.az

3Mənbələr